• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3362
— 07.01.2016 15:02

“Niva” və “UAZ” markalı maşınlardan ibarət “toy karvanı”...

Tovuzun dağ kəndlərinə yağan güclü qar bir neçə gün rayon mərkəzi ilə əlaqəni kəsib. Amma rayonun ucqar yaşayış məskəni olan Kirəndə yaşayan Elxan Mansurov qeyri-sabit hava şəraitinə baxmayaraq, toyunun vaxtını dəyişməyib. Onun qonşu dağ kəndi olan Molla Ayrımdan sevib-seçdiyi xanımla toyu elə qarlı-şaxtalı gündə gerçəkləşib. "Niva" və "UAZ" markalı maşınlardan ibarət “toy karvanı”nın hərəkəti çətinliklə də olsa, mümkün olub. Maraqlı toy məclisi Tovuzda yerləşən şadlıq evlərindən birində baş tutub. Qeyd edək ki, Tovuzun ucqar kəndlərindən olan Kirənə yeni ilin ilk həftəsində 1 metrə yaxın qar yağıb.

 

Rahim İbrahimoğlu