• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4937
— 07.01.2016 13:57

Gəncə Dövlət Universitetinin beşinci tədris korpusu yenidən qurulur

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı ləğv edildikdən sonra Gəncə Dövlət Universitetinin balansına verilən 4 mərtəbəli bina 4 min kvm ərazini əhatə edir. Dam örtüyü dəyişdirilən, fasadı suvanan, qapı və pəncərəsi yenilənən tikilidəki otaqlara elektrik və su xətti çəkilib, istiliklə təminat üçün qazanxana tikilib. Təmir işləri zamanı binada əlavə otaqlar da yaradılıb. Universitetin xarici dil, riyaziyyat-informatika, filologiya fakültələrinin, eləcə də qiyabi şöbəsinin yerləşəcəyi korpusda təmir işləri yeni tədris ilinə kimi yekunlaşmalıdır. Bundan sonra burada 1500-ə yaxın tələbə təhsil ala biləcək.

Elburus Alıyev- mühəndis: “Ara kəsmələrin əksəriyyəti gipsolet bloklardan vurulmuşdu. Onların hamısı dəyişdirilib. Qanuna uyğun olaraq 10 sm olan kərpiclə hörülüb, smentlə suvanıb. 20-ə yaxın otağın arakəsmələri dəyişdirilib, otaqların sayı artıb. İdman zalı, kinoklubu var, onlar da təhvilə hazırlanacaq. Hazırda fevral ayında orada işə başlayırıq”.

 

Elnur Vahidoğlu