• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1961
— 06.01.2016 14:45

Gəncəli gənclər ordu sıralarına yola salınıb

Gəncənin Nizami rayonu üzrə həqiqi hərbi xidmət yaşı tamam olan gənclər, ordu sıralarına yola salınıb. Mərasim ümummilli lider Heydər Əliyevin adını daşıyan park komleksində yerləşən Zəfər Tağının qarşısında baş tutub. Tədbirdə səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, müharibə vetranları və valideynlər iştirak edib. Çıxışlarda hərbi xidmətə yola düşən gənclərə tövsiyyələr verilib, Azərbaycan bayrağı altında vətənin sərhədlərini qorumaq və onun təhlükəsizliyini təmin etməyin hər bir azərbaycanlının ən müqəddəs borcu olduğu dilə gətirilib. Daha sonra çağırışçı gənclər üçrəngli bayrağın altından keçərək hərbi xidmətə yola salınıblar.

Vüsalə Camal