• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3125
— 06.01.2016 14:38

TQDK-nın Gəncə regional bölməsində dərsliklərin monitorinqinə dair seminarlar keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodik monitorinqinə dair seminarlara yanvarın 11-dən başlanılacaq. Seminarlarda ümumi təhsil səviyyəsinin VI və VIII siniflərində istifadədə olan dərslik dəstlərinin müzakirəsi aparılacaq. Seminarlarda TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Ağcabədi və Şirvan regional bölmələri ilə “Skype” proqramı vasitəsilə bağlantı da qurulacaq. Seminarlarda iştirak etmək istəyənlər TQDK-nın ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi şöbəsinə, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət etməklə qeydiyyatdan keçməlidirlər.

Vəfa Şairova