• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3260
— 05.01.2016 13:58

Yeni ilin ilk 5 günündə Gəncədə 59 uşaq doğulub

2016-cı ilin ilk beş günündə Gəncə şəhərində 59 uşaq dünyaya gəlib. Gəncə Regional Perenatal Mərkəzdən verilən məlumata görə, körpələrdən 30-u qız, 29-u isə oğlandır. Bu il dünyaya ilk göz açan uşaq oğlan uşağı olub. Ötən ilin müvafiq dövrünün statistikası ilə müqayisədə bu rəqəmlər aşağıdır. Çünki, 2015-ci ilin yanvar ayının ilk həftəsində doğulan uşaqların sayı 71 olub. Onlardan 39-u oğlan, 32-si isə qızdır.

Vüsalə Camal