• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1556
— 06.10.2014 15:09

Gəncədə elektron imza istifadəçilərinin sayında artım müşahidə olunur

Son dövrlər ölkədə iş və xidmətlərin elektron qaydada aparılması gücləndirildiyindən elektron imzanın idarə və müəssisələr tərəfindən istifadəsi də artıb. Gəncə Regional Poçt filialının məlumatına görə, əgər ötən il elektron imza ilə bağlı 380 nəfər müraciət edibsə, cari ilin 9 ayına qədər bu rəqəm 218 olub. Ümumilikdə, 598 nəfər elektron-imza istifadəçisi olan filialda müraciətçilərin 171 nəfəri Kəlbəcər rayonunun payına düşür. Elektron-imza istifadəçilərinin sayının artması əmək müqavilələrinin elektronlaşdırılması tələbi ilə bağlıdır. Cari ilin sentyabr ayına olan statistikaya görə,  respublikada 5400- dən artıq fiziki şəxsə, 1500-dən çox dövlət qurumuna və 3600-ə yaxın hüquqi şəxsə e-imza sertifikatı verilib.

Vüqar Xəlilov -Gəncə Regional Poçt filialının Müştəri xidmətlər şöbəsinin rəisi: “Elektron kart hər bir dövlət qurumlarına, təşkilatlara, sahibkarlar üçün çox vacibdir. Əvvəllər vətəndaşlar həm dövlət rüsumlarına, həm də məlumatsız olduqlarına görə istifadəçilərin sayı az idi. Elektron imza anlayışı insanlara görə qaranlıq idi. Dövri mətbuatda, internetdə bu haqda məlumatın ötürülməsi sayəsində artıq E-imzanın funksiyası, məqsədi aydınlaşdı. Bu gün onlar özləri də görür ki, bu, vaxt itkisinin qarşısını alır”.