• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1753
— 06.10.2014 15:00

Qurban bayramı münasibətilə Gəncə vağzallarında gücləndirilmiş iş rejimi tətbiq olunur

Hər bayram olduğu kimi qurban bayramı günlərində də avtovağzallarda,  dəmir yol vağzalında və hava limanında sərnişin sıxlığı nəzərə alınaraq gücləndirilmiş iş rejimi tətbiq olunur. Bayram günlərində Gəncədən əsasən Bakı istiqamətinə olan reyslərdə nisbətən sıxlıq müşahidə olunur.

Bayram günü olmasına baxmayaraq Gəncədə fəaliyyət göstərən avtovağzallar və dəmir yol vağzalında sərnişin sıxlığı o qədər də müşahidə olunmur. Gəncə şəhər dəmiryol vağzalından bildirilib ki, tələb daha çox Bakı istiqamətinə olan reyslərədir ki, bu istiqamətdədə sərnişinlərin bilet əldə etməsində heç bir problem yaşanmır və günün istənilən saatı kassalardan bilet əldə etmək mümkündür. Sərnişin sıxlığı ehtimalı nəzərə alınaraq qatarlara əlavə vaqonlar da qoşulub. Gəncə avtovağzalında da sərnişin sıxlığı əsasən paytaxt istiqamətinə olan reyslərdə müşahidə edilir.

Namiq Həsənov- Gəncə avtovağzalının rəisi:Ümumiyyətlə, bayram günlərinin sonunda avtovağzal xidmətindən istifadə edənlərin sayı çoxalır. Bu üzdən sıxlıq müşahidə olunur. Maşınlarımız var, avtobuslarımız var. Əlavə avtobuslarımız var. Lazım olarsa xətlərə buraxılacaq. Hal- hazırda kassalarda qabaqcadan bilet satışları aparılır. Kassalarda biletlər var. Müraciət edən sərnişinlərə biletlərimizi satırıq”.

Gəncə şəhər beynəlxalq hava limanından da bildirdilər ki, hazırda işlər gündəlik qrafiq üzrə davam etdirilir və sərnişin sıxlığı müşahidə olunmur.

Elton Cabbarlı