• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 30.12.2015 20:06

Tərtər rayonunun Bəyimsarov kəndində dəhşətli yol qəzası qeydə alınıb

Rayonun Sarov kənd sakini İnam Paşazadə VAZ-21099 markalı maşınla Goranboy istiqamətinə hərəkət edən vaxt, Bərdə rayon sakini 28 yaşlı Elməddin Camalovun idarə etdiyi VAZ-21214 markalı maşınla toqquşub. Nəticədə VAZ-21099 markalı maşında olan sürücü 18 yaşlı İnam Paşazadə, sərnişinlər 19 yaşlı Yavər Kərimli, 23 yaşlı Anar Əlizadə və Goranboy rayon Xanqərvənd kənd sakini 18 yaşlı Babək Baxşəliyev Goranboy və Tərtər Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçiniblər. VAZ-21214 markalı maşının sürücüsü Elməddin Camalov  və onun sərnişini 52 yaşlı Yavər Qocamanov müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kənd sakinlərinin   verdiyi  xəbərə görə, ölənlər bayram tətilinə gələn ali məktəb tələbələridir.

 

İlham Məmmədzadə