• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2957
— 06.10.2014 14:59

Goranboyda baş verən qanlı qətliam zamanı yaralanan 2 nəfərin vəziyyəti normallaşır

Sentyabrın 30-da Goranboyun Səfikürd kəndində baş vermiş silahlı insident nəticəsində xəsarət alan 2 nəfərin vəziyyəti yaxşılığa doğru gedir. Bu barədə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib. Qeyd olunub ki, güllə yaraları ilə ağır vəziyyətdə adıçəkilən xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən 28 yaşlı Natiq Məmmədovun və 26 yaşlı Günel Məmmədovanın səhhətində irəliləyiş var. Onlar sabah reanimasiya şöbəsindən palata şəraitinə köçürüləcəklər. 1 həftə bundan öncə Goranboy rayonu Səfikürd kənd sakini Rafiq Hüseynov ailə münaqişəsi zəminində bir ailənin 7 üzvünü qətlə yetirib, 2 nəfəri isə ağır yaralayıb.