Şəhər sakini, 53 yaşlı Rəsul Nəcəfova məxsus 3 otaqdan ibarət fərdi ev anidən alovlanıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğın söndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Ev yararsız hala düşüb. Hadisə zamanı evdə olan 77 yaşlı Şəfiqə Nəcəfova tüstüdən zəhərlənib. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Vəfa Şairova
- Baxış: 802