• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2206
— 06.10.2014 14:58

Bayram günlərində Gəncənin bazarlarında qiymətlər necədir?

Bu gün Qurban bayramının üçüncü günüdür. Bəs görəsən bayram günlərində Gəncənin bazarlarında qiymətlər necədir?

Qurban bayramının üçüncü günü olmasına baxmayaraq Gəncənin bazarlarında qiymətlər necə deyərlər od tutub yanır. Satıcılarla söhbətimiz zamanı məlum oldu ki, meyvənin, tərəvəzin, göylərin eləcə də digər məhsulların qiyməti 20-50 qəpik arası bahalaşıb. Satıcılar bazarlarda alıcılıq qabiliyyətinin aşağı olmasından şikayətçidirlər.

Xədicə Cabbarova- satıcı: “Bu gün lap bahalıqdı. Pomidorun qiyməti qalxıb. Narıngini dünən 1 manat 30 qəpiyə verirdik, bu gün 1 manat 70 qəpiyə satırıq. 20-50 qəpik arası hər malda qiymətlər qalxıb. Baha alanda baha satırıq, ucuz alanda ucuz satırıq”.

Sitarə Həsənova- alıcı: “Baxmayaraq bazarda bolluqdu, amma bahalıqdı. Bazarda mallar xarab olur tullayırlar, aşağı qiymətə satmırlar ki, hamı alsın”.

Gəncənin bazarlarında yalnız ətin qiyməti stabildi. Mal əti 7-8 manata, qoyun əti isə 9-10 manata satılır.

Elnur Vahidoğlu