• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 29.12.2015 18:50

Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən 53 yaşlı kişi meyiti tapılıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda  53 yaşlı Elşən Paşayevin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkəni huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılan  Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə zamanı Elşən Paşayevin vəfat etdiyi müəyyən olunub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

İlham Məmmədzadə