İlkin məlumata görə, hər iki hadisə elektrik naqillərində yaranan nasazlıqdan baş verib.
Ucar rayonunun mərkəzi bazarında yanğın hadisəsi baş verib. Alov ümumi sahəsi 10 min kvadratmetr olan bazarın 76 kvadratmetrini əhatə edib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Dövlət Yanğından Mühafizə Hissəsinin 2 maşını və canlı qüvvəsi cəlb edilib. Ətrafda olan mağazalar yanğından mühafizə olunub.
Masallı rayonunda isə ev yanıb. Böyük Xocavar kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 kvadratmetr olan 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hər iki hadisənin dəqiq səbəbləri araşdırılır.
Vəfa Şairova
- Baxış: 424