• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 28.12.2015 21:01

Gədəbəy sakini ehtiyatsızlıqdan xəsarət aldı

Gədəbəydə bədbəxt hadisə baş verib. Rayonun Pərizamanlı kənd sakini 45 yaşlı Ərəstun Həsənov evdə təsərrüfat işləri ilə məşğul olan zaman kəsici alətlə ehtiyatsız davranaraq, özünə xəsarət yetirib. Ağır yaralanan zərəçəkən Gədəbəy Rayon Mərkəz Xəstəxanasına, oradan isə Gəncə Şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. 45 yaşlı kişiyə sol bazu sümüyünün və yumşaq toxumasının kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub və o, əməliyyat edilib. Hazırda həkimlər Ərəstun Həsənovun vəziyyətini orta ağır qiymətləndirir.

Xaliq Qurbanlı