• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 21.12.2015 18:09

Qaxda tövlə yanıb

Qaxda yanğın hadisəsi olub. Bu dəfə  tövlə yanıb. Rayonun Cinarlı kənd sakini Cavad Novruzova məxsus tikili anidən alışıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ancaq onlar gələnə qədər qonşular köməyə yetişib. Oradan heyvanları çıxarmaq mümkün olub. Hadisə nəticəsində tövlənin çardağı və ot bağlamaları yanıb. Yaxınlıqda olan yaşayış evi yanğından mühafizə olunub. Faktla baglı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

İlham Məmmədzadə