• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 21.12.2015 18:33

Ucarda kişi yaralı həyat yoldaşını qətlə yetirib

Ucar rayonunun Bərgüşad kənd sakini Elman Abbasov DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək Türkəci kəndində arvadı Aytənlə mübahisə etməsi ilə əlaqədar sonuncunun özünü yoldan keçən “VAZ-2106” markalı avtomobilin altına atmasını, avtomobil hadisə yerindən uzaqlaşdıqdan sonra arvadına yaxınlaşıb onun başını asfalta vurmasını bildirib.  Hadisə yerində Aytənin meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən  Elman Abbasov tutulub.

Ruhəngiz Hacızadə