• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 21.12.2015 18:26

Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü baş verib

Xaçmaz şəhər sakini, 28 yaşlı Leyla Cəbrayılova Quba Mərkəzi Rayon Xəstəxanasının Regional Perinatal Mərkəzinə gətirilib. Doğuş zamanı vəziyyəti pisləşən Leyla Cəbrayılova ölüb, onun körpəsini də xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Quba Mərkəzi Rayon Xəstəxanasının baş həkim müavini Əliyar Sərvərov bildirib ki, ölümün səbəbi hələlik məlum deyil, araşdırma aparılır. Bu, Leyla Cəbrayılovanın 3-cü hamiləliyi olub. Onun iki azyaşlı övladı var. Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

İlham Məmmədzadə