• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2974
— 21.12.2015 14:36

2015-ci ildə Gəncə şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 14 nəfərə avtomobil verilib

Gəncə Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən yekunlaşmaqda olan il ərzində, müalicə və reabilitasiya üçün  mərkəzə müraciət edən 170 nəfər 1-ci və 2-ci qrup əlil və imtiyazlı şəxsdən 96 nəfəri respublikanın müxtəlif regionlarında yerləşən kurort və sanatoriyalara göndəriliblər. 8 nəfər isə istirahət mərkəzlərinə göndərilib. 2015-ci il ərzində mərkəz tərəfindən 4 nəfər Qarabağ müharibəsi əlilinə, 5 nəfər Çernobl əlilinə, 1 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına və hərbi xidmət zamanı əlil olan 4 nəfərə avtomobil verilib. Dekabrın sonuna kimi bu il növbədə olan daha bir neçə əlil vətəndaşa putyovkalar veriləcək.

Rəqsanə Ələsgərova- Gəncə şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin aparıcı məsləhətçisi: “276 nəfər əlil vətəndaşlar sektorumuz tərəfindən əlil vəsiqələri ilə təmin olunub. Eyni zamanda sektorumuz tərəfindən şəhid ailələrinə də şəhid vəsiqələri verilib. Bundan başqa, bu il ərzində 10 nəfər tənha yaşayan kimsəsiz pensiyaçılar sosial təminat xidməti üzrə yaşamaq  üçün  mərkəzə göndərilib”.

Elton Cabbarlı