• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 863
— 21.12.2015 12:52

Tovuzda baş verən yanğın sakinləri təşvişə saldı

Tovuzun Yuxarı Öysüzlü kəndində yanğın hadisəsi baş verib. Ceyhun Cəfərova məxsus evin həyətinə yığılan 10 ton ot bağlaması tez bir zamanda alışaraq ətrafı tüstüyə bürüyüb. Qonşular, ev sahibləri alovu ram etməyə çalışsalar da bu, mümkün olmayıb. Yanğın baş verən kəndə Tovuz YMH-nin 2 avtomobili, 10-a yaxın canlı qüvvəsi cəlb edilib. Yanğın dərhal söndürülüb. Ot tayası yaşayış evinə, qaz boru xəttinə yaxın yerləşdiyindən, hadisə sakinləri xeyli həyacanlandırıb. Yanğın zamanı 3 ton ot bağlaması yanaraq yararsız hala düşüb.

Rahim İbrahimoğlu