• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 05.10.2014 13:21

Göygöl rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib

Bu gecə saat 03:00 radələrində Göygöl rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Rayonun Hacıməlik kəndindən keçən magistral yolda baş verən qəza nəticəsində hadisəni törədən avtomobilin sərnişini Göygöl rayon Murovdağ kənd sakini 23 yaşlı Aynur Əliyeva bədənin müxtəlif nahiyələrinin xəsarətləri ilə Gəncə şəhət TTYX-nın travmatologiya şöbəsinə çatdırılıb.Yaralıya tibbi yardım göstərilib. Həkimlər Aynur Əliyevanın vəziyyətini orta ağır kimi qiymətləndirir. Fakt araşdırılır.