• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 19.12.2015 23:52

Gəncədə “VAZ 2104” markalı avtomobillə “Rang Rover” toqquşub

Gəncədə avtoqəza baş verib. Hadisə 23:30 radələrində şəhərin Nizami küçəsində qeydə alınıb.  “VAZ 2104” markalı avtomobillə “Rang Rover” toqquşub. Qəza zamanı “VAZ”ın sürücüsü, 22 yaşlı  Əli Şəmsiyev xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı artıq araşdırmalara başlanılıb.  

Natiq Hüseyn