• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 19.12.2015 21:42

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Bu gün təxminən saat 21:10 radələrində şəhərin Heydər Əliyev Park Kompleks ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hələlik kimliyi məlum olmayan sürücünün idarə etdiyi avtomobillə Şəmkir rayon sakini 28 yaşlı Sahib Qasımov vurulub. Xəstə Gəncə səhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi hospitallardan birinə aparılıb. Qeyd edək ki, piyada N sayli hərbi hissələrin birində zabit kimi xidmət göstərir. Faktla bağlı araşdırma aparılır.

Natiq Hüseyn