• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3009
— 19.12.2015 14:59

Gəncə Dövlət Kukla teatrında Yeni il hazırlıqları aparılır

Gəncə Dövlət Kukla teatrında Yeni ilin gəlişi ilə əlaqədar hazırlıq işləri görülür. Teatrın rəssamları demək olar ki, səhnə tərtibatını yekunlaşdırmaq üzrədilər. Balacalara xoş anlar yaşadacaq nağıl qəhrəmanları üçün geyimlər hazırlanır. Yanvar ayının 1-dən 10-dək balacalar hər gün saat 11, 12, 13 və 14-də teatrın səhnəsində tamaşalar izləyə biləcəklər. Quruluşçu rejissoru Fərmayıl Paşayev olan Şaxta babanın Yeni il sərgüzəştləri nağıl-tamaşası bu il repertuarın əsas mövzusu olacaq.

Gülnar Fazilqızı