• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 19.12.2015 11:58

Göygöl rayonundakı mədəniyyət ocaqları yenilənir

Göygöl rayonunda mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər sürətləndirilib. Rayonda fəaliyyət göstərən kənd mədəniyyət evləri və klubları mərhələli şəkildə təmir edilir. Təmirə ehtiyacı olan daha iki mədəniyyət evinin isə gələn il yenilənməsi planlaşdırılır.

Son illər ərzində Göygöldə 10-a yaxın kənddə mədəniyyət evi əsaslı şəkildə yenilənib. Bu istiqamətdə tədbirlər gələn il də davam etdiriləcək. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın sözlərinə görə, 2016-cı ildə Şəhriyar və Zurnabad kəndlərinin mədəniyyət ocaqları yenilənəcək.

Şərqiyyə Hümbətova- Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri: “Çaykənd, Çaylı, 1 və 2 saylı Yeni Zod, eləcə də Qızılca kənd mədəniyyət evləri əsalı şəkildə təmir olunub. Sarısu və Kərəmli kənd klubları təmir edilərək inventar və avadanlıqlarla təmin edilib”.

Artıq 6 kənddə kitabxana üçün yeni bina inşa olunub. Bundan əlavə, qərb bölgəsində ilk dəfə Göygöldə bütün kitbaxanalar kompüterlə təchiz edilib.

Şərqiyyə Hümbətova- Göygöl rayon Məədniyyət Turizm Şöbəsinin müdiri:  Kitbaxanalarımızdan isə Qarabulaq, Sarısu, Quşçu, Uçbulaq, Köşkü kəndlərində yeni binalar tikilib. Çüylı kənd kitabxanası isə əsaslı şəkildə yenilənib”.

Qeyd edək ki, Göygöl rayonunda 15 klub, 15 mədəniyyət evi, 41 kitabxana fəaliyyət göstərir.

Natiq Hüseyn