• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 872
— 18.12.2015 23:09

Göygöldə avtoqəza baş verib, 3 nəfər yaralanıb

Göygöldə xəsarətlə nəticələnən avtoqəza baş verib. Hadisə bu gün axşam saat 22 radələrində Göygöl rayonundan  Mollacəlilli kəndinə gedən yolda baş verib. Mollacəlilli kənd sakini  35 yaşlı Azər Mahmudovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Traktorla toqquşub. Qəza zamanı sürücü ilə yanaşı avtomobildə olan kənd sakinləri - 21 yaşlı Mənsur Əsgərov və 18 yaşlı Şahmar Abdıyev yaralanıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlər sərnişinlərin  vəziyyətinin orta-ağır, sürücünün vəziyyətinin isə ağır olduğunu bildirirlər. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu