• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 18.12.2015 10:19

Ağstafada yanacaq daşıyan Kamaz Mersedeslə toqquşub, 2 nəfər xəsarət alıb

Yanacaq daşıyan "Kamaz" "Mersedes"lə toqquşub. Yol qəzası Bakı-Qazax avtomagistralının Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verib. Nəticədə "Mersedes"in sürücüsü, Ağstafa rayon sakini 26 yaşlı Əvəz Alıməmmədov və onun sərnişini 27 yaşlı Orxan Yusibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməyi ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xoşbəxtlikdən yanacaq daşıyan avtomobildə partlayış qeydə alınmayıb. BDYP əməkdaşları qəzanın səbəblərini araşdırır.

Rahim İbrahimoğlu