• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1006
— 17.12.2015 17:22

Bakıda yaşayış binasında yanğın olub, Tərtər və Zaqatalada isə fərdi yaşayış evlərində yanğın baş verib

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Bina sakinləri təxliyə edilib. Tərtər və Zaqatalada isə fərdi yaşayış evlərində yanğın baş verib.

Bu gün Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 23 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və 15 nəfər bina sakini təxliyə olunub.  Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib.

Tərtərdə isə rayon sakininə məxsus  ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunub.

Zaqatala rayonunda da  fərdi yaşayış evində yanğın olub. Yanğın kənd sakini Elsevər Abdullayevə məxsus ümumi sahəsi 290 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində baş verib. Nəticədə evin ikinci mərtəbəsindəki otaqlardan birinin 24 kv/m tavanı və dam örtüyündən 50 kv/m sahəsi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin  texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı qısa müddət ərzində alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktlarla əlaqədar araşdırmalar davam edir.

 

Vüsalə Camal