• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 17.12.2015 19:14

Paytaxtda baş verən yol qəzaları 1 nəfər ölümünə səbəb olub

Bakıda baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Abşeron rayonunda da yol qəzası baş verib. Toydan qayıdan sürücü avtomobilini hasara çırpıb.

Dekabrın 16-da saat 4 radələrində Nəsimi rayonunun Səməd Vurğun küçəsində Bakı şəhər sakinləri Ülvi Məmmədlinin idarə etdiyi “VAZ-2107” və Ayxan Nəsirovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub. Hər 2 sürücü və Ülvü Məmmədlinin sərnişini, habelə Ayxan Nəsirovun sərnişini Bəylər İsmayılov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Bəylər İsmayılov xəstəxanada dünyasını dəyişib.

Abşeron rayonunda da yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. Toydan qayıdan “Hyundai” markalı avtomobilin sürücü yolun qaranlıq və yağışlı olması səbəbindən idarəetməni itirib. Nəticə avtomobil hasara çırpılıb. Hasara çırpılması avtomobilin Duzlu göl adlanan əraziyə düşməsinin qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktlarla əlaqədar araşdırmalara başlanılıb.

Ruhəngiz Hacızadə