• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1380
— 16.12.2015 11:44

Qazaxda mal-qara arasında yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

İki ölkə ilə sərhəddə yerləşən Qazaxda mal-qara arasında yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır. Təhlükəli xəstəliklərdən sayılan dabaq heyvanların çəkisinin, südünün azalmasına, ağız boşluğunda və dırnaqlarında yaraların yaranmasına səbəb olur. Belə problemlərdən qorunmaq üçün rayonda 31 minə yaxın iribuynuzlu, 141 minə yaxın xırdabuynuzlu heyvan peyvənd ediləcək.

Rahim İbrahimoğlu