• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2244
— 04.10.2014 17:33

Bakıda keçirilən FİDE-nin Qran-pri turnirində ikinci turun oyunları reallaşıb

Azərbaycanlı şahmatsevərlərin əsas diqqəti yerli zəka ustalarının çıxışına yönəlib. Təmsilçilərimiz bu tur fərqli nəticə göstərib. Teymur Rəcəbov heç-heçə oynadığı halda, Şəhriyar Məmmədyarov məğlubiyyətə üzülüb. Rəcəbov Özbək Rüstəm Qasımcanovla oyunda xalları yarı bölüb. Şəhriyar rusiyalı Pyotr Svidlerə uduzub. İki turdan sonra Teymur 1 xala malikdi. Məmmədyarov isə xalsız çıxışını davam etdirir. Bu gün Rəcəbov Svidlerlə, Şəhriyar Andreykinlə qarşılaşacaq.