• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1596
— 04.10.2014 17:31

Göygöl rayonunda futbol üzrə aşağı yaş qruplarında ölkə birinciliyi davam edir

Yarışın bu həftə sonuna təsadüf edən oyunları bu günlərdə vəfat edən tanınmış uşaq futbol məşqçisi Tariyel Məmmədovun xatirəsini anım məqsədilə bir dəqiqəlik sükutla başlayıb. Komandalar meydana qara sarğı ilə çıxıb. Qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən seçmə yarış Qərb zonasını əhatə edir. Birincilikdə kollektivlər 5 yaş qrupu üzrə  mübarizə aparır. Ümumilikdə 40 komandanın iştirak etdiyi yarışda Gəncə, Göygöl və Kəlbəcər təmsilçiləri güclünü müəyyənləşdirir. Seçmə birinciliyin mükafatçıları Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Yarışa gələn ilin may ayında yekun vurulacaq.