• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 15.12.2015 15:48

Bayram günlərində qatarlarla sərnişindaşımada problem olmayacaq

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə əlaqədar artan sərnişin sıxlığını nəzərə alaraq, qatarlara əlavə vaqonlar qoşulacaq. Artıq bu məqsədlə 20 vaqon hazırlanıb. Əlavə vaqonlar əsasən Gəncə, Qazax, Tovuz, Ağstafa və Tbilisi istiqamətində hərəkət edən qatarlara qoşulacaq.  Bayram günlərində sərnişinlərlə yanaşı, yüklərin də daşınmasında problemlərin yaşanmaması üçün “Azərbaycan Dəmir Yolları” növbəli iş rejiminə keçəcək.

Gülnar Fazilqızı