• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1853
— 15.12.2015 15:41

Gəncədə "Qızıl Payız" gənclərin yaradıcılıq festivalı keçirilib

Gəncə Uşaq Yaradıcılıq Mərkəzində "Qızıl Payız" gənclərin yaradıcılıq festivalı keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən festivala Gəncə və ətraf rayonlardan yüzlərlə istedadlı gənc qatılıb. Payız fəslinin bitməsinə təsadüf edən festivalın keçirilməsində məqsəd uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır. Burada gənclər yalnız yaradıcılıq sahəsində deyil, eyni zamanda özlərinin şəxsi inkişafları və təşəbbüskarlıqlarının artırılması üçün müxtəlif təlimlər keçib, müsabiqələrdə iştirak ediblər. Festival Gəncədən sonra Mingəçevir və Ağcabədidə də keçiriləcək.

Zülfiyyə Telmanqızı