• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1342
— 14.12.2015 18:27

Gəncə Yeni ilə hazırlaşır

Yeni ilin gəlişi ilə əlaqədar Gəncənin baş meydanında şam ağacı qurulur. Hündürlüyü 21 m, diametri 17 m olan şam ağacının bəzədilməsi üçün müxtəlif oyuncaqlar, zərlər və bəzəklərdən istifadə olunur. İşlərin təxminən iki günə yekunlaşdırılması planlaşdırılır. Bayram günlərində şam ağacının qarşısında Şaxta baba, Qar qız və müxtəlif nağıl personajları da olacaq. Baş meydanla yanaşı, şəhərin digər küçə və prospektlərində də işlərə başlanılacaq.

İlyas Məmmədov -Gəncə şəhər İH tabeliyində park-xiyaban istismar və mühafizə idarəsinin rəisi "Yeni illə bağlı Gəncənin bir neçə ərazisində şam ağacları qurulacaq. Universamın yanında, Heydər Əliyev park kompleksində, Zabitlər Evinin qarşısında. Bundan başqa bir neçə günə ümumilikdə şəhərin bəzədilməsinə başlanacaq."

Zülfiyyə Telmanqızı