• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 14.12.2015 16:11

Gəncənin daha bir qəsəbəsi abadlaşdırılıb

Gəncənin Cavadxan qəsəbəsində abadlıq işləri yekunlaşmaq üzrədir. Qəsəbədə əhalinin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb.

Cavadxan qəsəbəsində abadlıq-quruculuq işlərinə bu ilin əvvəlindən başlanılıb. Qəsəbədə  2 min kv metr ərazidə yerləşən, 234 ailənin yaşadığı 5 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilib. Həmçinin binalarda olan qanunsuz artırmalar sökülüb, tikililərin fasadları müasir görkəmə salınıb. Yaşayış binalarının qaz, işıq, su və kanalizasiya sistemləri də yenilənib, əraziyə asfalt örtüyü salınıb, müasir işıq dirəkləri, eləcə də oturacaqlar qoyulub. Uşaqlar üçün idman meydançası düzəldilib,  atraksionlar quraşdırılıb. Artıq qəsəbədə son tamamlama işləri gedir. 

Eldəniz Məmmədov- Mənzil İstismar Saəhəsinin rəisi: “280 yerlik uşaq bağçası da tam təmirdən çıxıb. Orada son tamamlama işləri gedir. İndi uşaqlarımız da rahatdır, özümüz də palçığa batmırıq. Təmiz, səliqəli, gedib gəlirik. Son tamamlama işləri gedir. Yaşıllıq əkilir, ağacların dibinə əlavə qazonlar səpilir”.

Qəsəbə sakinləri görülən işlərdən razılıqlarını bildirirlər.

Fazil Qasımov- sakin: “İyirmi yeddi ildir bu qəsəbə qurulandan burada yaşayıram. Qəsəbəmiz günü-gündən gözəlləşdi, abadlaşdı. Qəsəbədə asfalt işləri görüldü, binaların daxili tam təmir olundu. Bunların hamısı bizi qane edir. Çox gözəldir”.

Afiq Hüseynov- sakin: “Qəsəbəmiz çox pis gündə idi. Asfalt çəkdilər, yaşıllaşdırdılar, binaları təmir etdilər, uşaqlar üçün futbol meydançası düzəltdilər. Sağ olsunlar”. 

Cavadxan qəsəbəsinə aparan, uzunluğu 10 km olan iki tərəfli yol asfaltlanıb.  Yolun kənarına beton bordürlər düzülüb, qazon səpilib, müxtəlif növ ağaclar əkilib. Yaşıllığın qorunması üçün əraziyə su xətləri də çəkilib.

Elnur Vahidoğlu