• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 14.12.2015 13:50

Şəmkirdə daha bir uşaq bağçası yenilənib

Şəmkir şəhər 4 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. Açılış mərasimində rayonda məktəbəqədər təhsil sahəsinin inkişafı ilə bağlı görülən işlərdən söz açılıb. Şəmkirdə hazırda 54 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. 4 saylı uşaq bağçası bu il əsaslı şəkildə yenilənən sayca ikinci məktəbəqədər təhsil müəssisəsidir. Buna qədər Dəllər qəsəbəsindəki uşaq bağçası təmirdən sonra istifadəyə verilib. Kür qəsəbəsində isə bu istiqamətdə işlər davam etdirilir. İnşa ediləndən sonra müasir tələblərə uyğunlaşdırılan 4 saylı uşaq bağçası yeni inventar və avadanlıqlarla təchiz edilib. Burada dördü böyük və biri kiçik olmaqla ümumilikdə beş qrupda 95 uşağın tərbiyə alması üçün monitorlarla təmin edilən 5 məşğələ və 5 yataq otağı var.

Natiq Hüseyn