• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1614
— 14.12.2015 12:33

Rahat səki, yoxsa təhlükəli avtomobil yolları?

Tovuzda son dövrlər ikincini seçənlər artıb. Bəzi insanlar istər gecə, istər gündüz gediş-gəliş zamanı hərəkət zolağına çıxaraq, həyatlarını təhlükəyə atırlar.

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzda səkini qoyub, avtomobillərin hərəkət zolağı ilə yeriyən piyadalar həm özlərini, həm də sürücüləri çətin vəziyyətə qoyurlar. Vətəndaşlara görə, bu vəziyyətin yaranma səbəbləri müxtəlifdir. Yaşlılar əsasən səkilərin hündür olmasından, digərləri isə səkilərin hərəkət hissəsindəki iri ağaclar, ya da elektrik dirəklərinin çətinlik yaratmasından şikayətçidir.

Bəhanə və ya həqiqi səbəblər müxtəlif olsa da nəticə qəzaların qaçılmazlığıdır. Sonrakı peşmançılıq fayda vermirsə, düşünməyə dəyər...

Rahim İbrahimoğlu