• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 12.12.2015 15:57

Ümummilli lider Heydər Əliyev bölgələrdə də anılıb

Qərb bölgəsinin digər rayonlarında da ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib. Ulu öndərin xalqa və dövlətə xidməti xoş xatirələrlə yada salınıb.

Şəmkirdə rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər. Dünya şöhrətli siyasətçinin əbədiyaşar xatirəsinə sonsuz ehtiramlarını ifadə edən sakinlər Heydər Əliyevin Şəmkirə etdiyi səfərləri, ziyalılar və zəhmətkeşlərlə görüşlərini xoş xatirələrlə yada salıblar. Dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı ölkə prezidenti İlham Əliyev də  Şəmkirə xüsusi qayğı göstərir.

Göygöldə dahi şəxsiyyətin abidəsi önündə izdiham müşahidə olunub. Yerli özünü idarəetmə və hüquq- mühafizə orqanları, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar rayonunun sosial- iqtisadi həyatında Heydər Əliyev və ölkə prezidenti İlham Əliyevin müstəsna xidmətlərini xatırlayıblar. Rayonda inşa olunan istehsal müəssisələri və həyata keçirilən sosial layihələr məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində reallaşıb.

Ulu öndər samuxluların yaddaşında həyatının mənasını xalqa və dövlətə xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələri, problemləri mərdliklə həll edən millət fədaisi kimi qalıb. Rayon sakinləri abidəni ziyarət etdikdən sonra Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və yaradıcılığına aid fotostendlə tanış olublar. Anım mərasimində dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində əldə edilən uğurlardan bəhs edilib.

Heydər Əliyevin vəfatının 12-ci ildönümü Ağstafada da anılıb. Ulu öndərin adını daşıyan mərkəzdə dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən fotosərgi ilə tanışlıq olub. Heydər Əliyevin hakimiyyəti illərində Ağstafada görülən işlərdən, rayon sakinlərinə göstərilən diqqət və qayğının hazırda prezident İlham Əliyev tərəfindən davam etdiyindən bəhs edilib.

Natiq Hüseyn