• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1360
— 12.12.2015 00:59

Gəncədə qəza baş verib, yaralılar var

Bu gecə saat 00:30-da radələrində, Gəncə şəhəri Zülfü Hacıyev kücəsində yol qəza hadisəsi baş verib. "Jeep" markalı avtomobil ilə VAZ 2107-nin toqquşması nəticəsində VAZ-da olan sürücü və iki sərnişin Gəncə sakinləri 20 yaşlı Natiq Məmmədov və onun Tural  adlı həmyerlisi eləcədə Samux sakini 28 yaşlı Ramin Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yradım Xəstəxanasına yerləşdirilib. İlkin müayinələrdən xəsarətləri ciddi olmayan hər üç şəxsə ambulator yardım göstərilərək evə buraxılıb. Digər nəqliyyat vasitəsinin sürücüsü isə qəzadan sonra avtomobili və yaralıları hadisə yerində qoyaraq qacıb. Hazırda həmin sürücünün kimliyi müəyyənləşdirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Natiq Hüseyn