• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1356
— 11.12.2015 21:17

Yevlaxda zəncirvari yol qəza hadisəsi baş verib

Şəhərin Nizami prospektində 3 avtomaşın bir-birilə toqquşub. İmran Hüseynovun idarə etdiyi “VAZ-2103” markalı avtomobil qarşıdan gələn Fariz Hüseynovun idarə etdiyi “Mersedes” markalı avtomaşınla toqquşub. Arxadan gələn “VAZ-2103” markalı avtomaşın da hadisə yerindəki avtomobillərə çırpılıb.  “VAZ-2103”ün sürücüsü İsa Hüseynov və onun həyat yoldaşı Nübar Hüseynova ağır bədən xəsarəti alıblar. Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova