• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 11.12.2015 18:26

Göyçayda kanaldan meyit tapılıb

Göyçay rayonunda suvarma kanalından naməlum kişi meyiti tapılıb. Yuxarı Şirvan kanalının Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsindən, “Göyçay-1” Su Elektrik Stansiyasının yanından təxminən 55-60 yaşında olan kişi meyiti tapılıb. Elektrik stansiyasının işçiləri kanalda meyitin olması barədə Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər. Dərhal əraziyə baxış keçirən polis əməkdaşları, suda boğulmuş vəziyyətdə, üzərində zorakılıq əlamətləri olmayan kişinin meyitini çıxararaq Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə veriblər. Onun şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb. Ekspertizanın rəyindən sonra onun ölümünün səbəbi məlum olacaq.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Vəfa Şairova