• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 11.12.2015 14:32

Samuxun Əhmədbəyli kəndinə yeni su xətti çəkilib

Azərbaycan Hökuməti və ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə Samux rayonunun Əlibayramlı kənd ümumi orta məktəbi mərkəzləşdirilmiş qazanxana sistemi ilə təchiz olunub. Bu münasibətlə keçirilən tədbirdə məlumat verilib ki, Əlibayramlı kənd ümumi orta məktəbi də daxil olmaqla, rayonda fəaliyyət göstərən 35 təhsil ocağından 19-u mərkəzləşdirilmiş qazanxana sisteminə qoşulub. Gələn il rayonda daha bir neçə məktəb üçün yeni binaların inşası və onların müasir istilik sistemi ilə təchizatı planlaşdırılır.

Rayonun Əhmədbəyli kəndinə isə yeni su xətti çəkilib, yaşayış məntəqəsinin bir neçə ərazisində bulaq kompleksləri yaradılıb. Məlumat verilib ki, Azərbaycan Hökuməti və ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə buna qədər Seyidlər kəndində də yol təsərrüfatı təmir edilib. Qeyd edilib ki, əhalinin problemlərinin həlli istiqamətində layihələr davam etdiriləcək.

Natiq Hüseyn