• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 11.12.2015 07:35

Tovuzda ev quşları yanaraq məhv oldu

Ani diqqətsizlik Tovuzda güclü yanğına səbəb olub. Axşam saatlarında baş verən alovlanma rayonun Əlimərdanlı kəndində, Saçlı Qasımovaya məxsus evdə baş verib. Ev sahibinin sözlərinə görə, odun sobasından düşən qığılcım tez bir zamanda alovlanaraq ətrafa yayılıb. Əraziyə yanğınsöndürənlər çağırılıb. Tovuz YMH-nin 2 avtomobili və canlı qüvvəsi alovu söndürməyə nail olub. Zərərçəkən Saçlı Qasımova bildirib ki, hadisə zamanı 2 baş iribuyunuzlu heyvan yanğından sağ çıxsa da, 35 baş baş ev quşu yanaraq məhv olub. Ümümlikdə yanğın hadisəsi zamanı 64 kv.m olan köməkçi tikilinin çardağının yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton ot bağlamasının 400 kq-ı yanıb. Yaxınlıqda olan qaz boru xətti və qonşu evlər yanğından mühafizə olunub.

Rahim İbrahimoğlu