• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 10.12.2015 18:51

Hacıqabulda yol qəzası olub, ölən və yaralılar var

Hacıqabulda bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.Hadisə Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Hacıqabul rayon sakini, 35 yaşlı Nemət Dostəli oğlu Eminov hadisə yerində ölüb. Baş verən yol qəzasında bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.