• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1357
— 10.12.2015 16:25

Hava soyuyacaq, duman, çiskin olacaq

Bu gündən başlayaraq 5 gün ərzində qərb bölgəsində havanın buludlu və tutqun olacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Departamentinin Gəncə Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, dekabr ayının 9-u axşam saatlarından başlayaraq Gəncə və ətraf rayonlarda havanın temperaturu 10 dərəcə aşağı düşüb. Dekabrın 14-ə bölgədə yağıntılı hava şəraiti müşahidə olunmayacaq. Hazırda Gəncədə nisbi rütubət  90, atmosfer təzyiqi isə 999 milli metr civə sütunu təşkil edir.

Musa Şükürov- Gəncə Regional Hidrometeorologiya Müəssisəsinin şöbə müdiri: "Küləkli hava şəraiti gözlənilmir. Bir neçə gün sabit hava şəraiti davam edəcək. Lakin dekabrın 14-dən sonra Gəncə və ətraf rayonlarda hava şəraitində dəyişkənlik müşahidə olunacaq. Belə ki, yağıntılı hava şəraiti proqnozlaşdırılır və əvvəlki günlərlə müqayisədə temperatur aşağı düşəcək".

Vəfa Şairova