• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 10.12.2015 13:20

Samuxda ümummilli liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirilir

Samuxda ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı məktəblilər üçün açıq dərslər təşkil olunur. Rayon rəsmilərinin də iştirak etdiyi növbəti açıq dərsdə ümummilli liderin tarixi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Çıxış edənlər ulu öndərin keşməkeşli həyat yolunu mərhələlərlə təhlil ediblər. Dahi şəxsiyyətin təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə həyata keçirdiyi layihələrdən danışılıb. Natiqlər "Heydər Əliyev və müstəqil Azərbaycan", "Dahi şəxsiyyət Azərbaycanın xilaskarıdır" mövzusunda məruzələr səsləndirib. Prezident İham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirdiyi vurğulanıb. Ümummilli liderin anım günü ilə bağlı rayon məktəbliləri arasında inşa müsabiqəsi təşkil olunduğu və qaliblərin mükafatlandırılacağı diqqətə çatdırılıb. Sonda məktəblilər ədəbi bədii kompazisiya ilə çıxış ediblər.

Natiq Hüseyn