• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1888
— 08.12.2015 16:12

Goranboyda nikaha daxil olmaq istəyən iki şəxsdə xəstəlik aşkarlanıb

Ölkə üzrə iyun ayından indiyə kimi nikaha daxil olan 75 min insan tibbi müayinədən keçib ki, onlardan da 5268 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb. Goranboy rayonunda isə 6 ay ərzində yoxlama zamanı 2 nəfərdə  xəstəliyə rast gəlinib.

Goranboy rayonunda nikaha daxil olan cütlüklərdən qan nümunələri götürmək üçün rayon mərkəzi xəstəxanasında xüsusi laboratoriya otağı yaradılıb və lazımi avadanlıqlarla təmin edilib. Götürülən qan nümunələri Hematologiya və Qanköçürmə İnstitutuna göndərilir və müxtəlif xəstəliklərin olub-olmadığı yoxlanılır. Nəticələr isə 10-15 gün ərzində məlum olur.

Ailə quracaq cütlüklərə təqdim olunacaq arayışın etibarlılığının müddəti bir aydır. Bu isə qan nümunələrinin götürüldüyü gündən hesablanılır.

Cavablar barədə nikaha girən cütlüklərə ayrı-ayrılıqda məlumatlar verilir. Yekun qərar isə onların özlərindən asılıdır.

Vilayət Bayramov- Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini: “Hal- hazıra qədər 421 cütlük tibbi müayinədən keçirilib. Tibbi müayinədən keçirilənlər arasında 2 nəfər kişidə xəstəlik aşkar olunub. Xəstəlik barədə həmin vətəndaşlara məlumat verilib və onlar qeydiyyata alınaraq müalicəsi təşkil olunub. Aşkar olunan xəstələrin anonimliyi saxlanılır və həmin cütlüklərə məlumat verilir ki, hər hansı xəstəlik var. İndiyədək müayinədən keçənlər üçün arayışlar verilib”.

Nikaha daxil olmaq üçün müraciət edən cütlüklərin məlumatları adıçəkilən institutlara elektron variantda göndərilir.

Elnur Vahidoğlu