• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2072
— 07.12.2015 16:12

Göygöl rayonunun ucqar yaşayış məntəqələrindəki tibb ocaqlarının vəziyyəti necədir?

Kəndlərdə, xüsusən ucqar yaşayış məntəqələrində həkim və tibb məntəqələrinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Rayon mərkəzinə gələnədək göstərilən tibbi xidmət insan həyatının və sağlamlığının qorunması baxımından önəmlidir. Növbəti materialda qərb bölgəsinin dağlıq rayonlarından olan Göygölün kəndlərindəki tibb ocaqlarının vəziyyəti ilə maraqlanmışıq.

Göygöl rayonunun müxtəlif yaşayış məntəqələrində 2 kənd xəstəxanası, 10 həkim və 23 tibb məntəqəsi fəaliyyət göstərir. Bu tibb ocaqları dərman və lazımi tibbi ləvazimatlarla təchiz olunur. Məntəqələrdə növbə ilə cari və ya əsaslı təmir işləri aparılır. 

Eldar Muradov- Göygöl Mərkəzi Rayon Xəstəxanası baş həkiminin müavini: “Son illər 2 kənd xəstəxanamız təmir edilib. Bundan əlavə, 3 həkim və 5 tibb məntəqəsi əsaslı təmir olunub. Yerdə qalan məntəqələr də büdcəyə uyğun olaraq ilbəil təmir olunacaq”.   

Bəzi tibb məntəqələrində isə kadr çatışmazlığı yaşanır.

Eldar Muradov- Göygöl Mərkəzi Rayon Xəstəxanası baş həkiminin müavini: “Deyək ki, bizdə bəzi tibb məntəqələri var ki, orada həkim yoxdur, ancaq buna baxmayaraq biz orada da ətraf həkim məntəqələrinin və kənd sahə xəstəxanalarının gücündən istifadə edərək fəaliyyətimizi davam etdiririk”.

Qeyd edək ki, Göygöl rayonunun tibb müəssisələri ümumilikdə 60 min əhaliyə tibbi xidmət göstərir.

Elton Cabbarlı