• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2304
— 05.12.2015 13:49

Gəncə “ASAN Xidmət” mərkəzinin könüllüləri Gəncə Uşaq Evinin sakinləri qarşısında konsert veriblər

Gəncə “ASAN Xidmət” mərkəzinin könüllüləri Gəncə şəhər 45 nömrəli məktəbin daun sindomlu şagirdləri və Gəncə Uşaq Evinin sakinləri qarşısında konsert proqramı ilə çıxış ediblər.

5 dekabr - Beynəlxalq Könüllülər günü münasibəti ilə təşkil edilən konsert proqramı maraqlı görüntülərlə yadda qalıb. Bakıda keçirilən II Beynəlxalq Forumda ilin ən fəal könüllü qrupu seçilən Gəncə “ASAN Xidmət” mərkəzinin könüllüləri müxtəlif çıxışlarla balacaları sevindiriblər.

Könüllülərin ifasında bir-birindən maraqlı milli rəqslər alqışlarla qarşılanıb. Konsert proqramında Gəncənin də incəsənət nümayəndələri iştirak edib, onlara bu xeyriyyə tədbirində dəstək veriblər.

Tədbirdə Gəncə uşaq evinin rəqs qrupu da çıxış edib. Onları Bakıdan dəvət olunan ansambl müşayiət edib.

Gülnar Fazilqızı