• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 03.10.2014 17:31

İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Bu gün saat 15.30 radələrində İsmayıllı rayonunun Zərgəran kəndi ərazisində ölümlə nəticələnən  yol qəzası baş verib.  İçərisində Qəbələ sakinlərinin olduğu  "Hundai" markalı avtomobil dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə 3 nəfər olub. Onlardan Qəbələ rayonunun Həmzəli kənd sakini  1995-ci il təvəllüdlü Cəbiyeva Əfsanə Yadulla qızı həyatını itirib. Digər iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.